Yardımlıda avtomobil dərəyə aşıb, xəsarət alan var

Yardımlı rayonunda qarlı hava şəraiti qəzaya səbəb olub.

"Report"un məlumatına görə, 1983-cü il təvəllüdlü Kərimov Yusif Səlimsan oğlu sürdüyü avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb.

Hadisə zamanı xəsarət alan sürücü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Naxçıvanda avtobus yanıb 10 iyul, 2026 / 15:02