Yardımlıda 26 yaşlı gənc meşədə intihar edib

Yardımlı rayonunda 26 yaşlı gənc meşədə intihar edib.

"Report"un əldə etdiyi məlumata görə, hadisə oktyabrın 10-da rayonun Odurakəran kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Zahidov Hakim Qeyrət oğlu həmin kəndin yaxınlığında yerləşən meşəlik ərazidə ip ilə ağacdan özünü asıb.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Digər xəbərlər

Hacıqabulda zəlzələ olub 19 noyabr, 2026 / 10:28