Yaponiyada 5,1 maqnitudalı zəlzələ baş verib

Yaponiyanın paytaxtı Tokio şəhərinin yaxınlığında 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə "NHK News" məlumat yayıb.

Qeyd olunur ki, yeraltı təkanların episentri Boso yarımadasının cənub hissəsində, ocağı isə 40 km dərinlikdə yerləşib.

Zəlzələdən xəsarət alanlar barədə məlumat yoxdur.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47