Yanacaqdoldurma məntəqəsinə saxta 100 manat verən şəxs saxlanılıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Saxta pul təqdim etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinə rayon ərazisindəki yanacaqdoldurma məntəqələrinin birindən daxil olmuş müraciətdə “VAZ-21063” markalı avtomobilin sürücüsünün doldurduğu yanacağın müqabilində 1 ədəd 100 manatlıq əskinas təqdim etməsi, sonradan həmin pulun saxta olduğunun aşkar edilməsi bildirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü maddəsi (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) ilə cinayət işi başlanılıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxta pulu təqdim etməkdə şübhəli bilinən Xırdalan şəhər sakini Ruslan Əsədullayev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39