Xudatda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb

Xudat şəhər sakini Elşən Alimova COVID-19 testnin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, Xudat Polis Bölməsinin əməkdaşları həmin şəxslə profilaktik söhbətlər aparıb və yaşadığı ünvana geri qaytarılıb.

Faktla bağlı Xudat PB-də araşdırma aparılır.

Digər xəbərlər

Ceyranbatanda 10 şagird zəhərlənib 29 oktyabr, 2026 / 16:50