Xudatda ölümlə nəticələnən yol qəzası olub

Xudat. 18 iyul. REPORT.AZ/ Xudat şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un Şimal bürosunun məlumatına görə, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Mahir Musa oğlu Dərgahi idarə etdiyi “Mercedes” markalı 99 DH 457 dövlət nömrə qeydiyyatlı maşınla Qubanın Cimi kənd sakini, velosipedçi, 1990-cı il təvəllüdlü Möhlət Babayevi vurub. Xəsarət alan şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətdən orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Talaçaydan sel keçir 08 iyul, 2026 / 11:03