Xudatda 47 yaşlı kişi quyuya düşərək boğulub

Xudat şəhərində bədbəxt hadisə baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə “Malikanə” adlanan yaşayış massivində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1976-cı il təvəllüdlü Ağalarov İlqar Balaşah oğlu spirtli içkinin təsiri altında kanalizasiya üçün qazılmış quyuya düşərək boğulub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14