Xudatda 46 yaşlı kişi bıçaqlanıb

Xudat şəhərində bıçaqlanma baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzində qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Qəribov Telman Xoci oğlu bıçaq xəsarəti alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Naxçıvanda mebel sexi yanıb 11 fevral, 2026 / 16:56