Xocahəsəndə “Qazel” yeniyetməni vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Xocahəsən qəsəbəsinə qeydə alınıb.

“Qazel” markalı yük avtomobili yolu keçən 2005-ci il təvəllüdlü Həmidli Əliəşrəf Kamran oğlunu vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər