Bakıda 45 yaşlı qadın dəm qazından zəhərlənib.
“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Yaşadığı evdə dəm qazından zəhərlənən 1977-ci il təvəllüdlü Təhməzova Natəvan Təhməz qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.