Xızıda təxliyə maşınının aşması nəticəsində 1 nəfər xəsarət alıb

Xızı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Qızılqazma kəndində qeydə alınıb.

Belə ki, təxliyə maşınının aşması nəticəsində 1968-ci il təvəllüdlü Cavid Qırxlar oğlu Ağarəhimov xəsarət alıb. O, ilkin tibbi yardımdan sonra təcili tibbi yardım avtomobili ilə Sumqayıt şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37