Xızıda polis əməkdaşı yol qəzasında ağır yaralanıb

Xızı rayonunda polis əməkdaşı yol qəzasında ağır yaralanıb.

“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Kərimov Məmməd Rafael oğlu ağır bədən xəsarətləri alıb.

Yaralı təcili tibbi yardım avtomobilinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkim müayinəsindən sonra ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Məmməd Kərimov polis əməkdaşıdır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47