Xızı. 1 iyul. REPORT.AZ/ Xızıda mexanik köməkçisi hündürlükdən yıxılaraq xəsarət alıb.
"Report"un yerli bürosunun məlumatına görə, 1971- ci il təvəllüdlü yerli sakin Süleymanov Famil Həbib oğlu mexanik köməkçisi olduğu Şurabad kənd quşçuluq fabrikində işləyən zaman hündürlükdən yıxılıb.
Yaralı dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.