Xızıda kütləvi dava olub, xəsarət alanlar var

Xızı. 11 iyul. REPORT.AZ/ Xızı rayonunda kütləvi dava olub, xəsarət alanlar var.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Şurabat qəsəbəsində baş verib.

Hadisə nəticəsində 2 nəfər - 1986-cı il təvəllüdlü Elbrus Əbülfəz oğlu Atakişiyev və 1990-cı il təvəllüdlü Orxan Yusif oğlu Bayramov bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48