Xızıda it 12 yaşlı uşağın yanağından dişləyib

Xızıda 12 yaşlı uşağı it dişləyib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, 2009-cu il təvəllüdlü Nüsrət Mövlan oğlu Mövsümov sol yanağın dişlənmiş-cırılmış yarası diaqnozu ilə Xızı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanada yaxınlarının bildirdiyinə görə, onu it dişləyib.

Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37