Xızıda istirahət mərkəzində yanğın olub

Xızıda istirahət mərkəzində yanğın olub.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, rayonun Yarımca kəndində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 115 m² olan mansard tipli kottecin yanar konstruksiyaları 45 m² sahədə yanıb.

Kottecin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər