Xızı. 30 may. REPORT.AZ/ Xızı rayonunda evdən qızıl əşyalar oğurlayan şəxs saxlanılıb.
"Report"un Şimal bürosu xəbər verir ki, rayonun Qarabulaq kənd sakini H.İsmayılova Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək, evindən 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Oleq Larkov saxlanılıb. Həmin qızıl-zinət əşyaları maddi sübut kimi ondan götürülüb.
Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb.