Xızıda ağırtonnajlı yük maşınları toqquşub, xəsarət alanlar var

Xızı rayonunda ağırtonnajlı yük maşınlarının iştirakı ilə yol-nəqliyyat hadisəsi olub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Bakı-Quba yolunun Xızı rayonundan keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alanlar var. Həmçinin, ərazidəki yol infrastrukturuna ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 22 avqust, 2026 / 09:08