Bakı. 24 iyul. REPORT.AZ/ Xızıda 16 yaşlı gənc hündürlükdən yıxılaraq ağır xəsarət alıb.
"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə Yeniyaşma yaşayış massivində baş verib.
Belə ki, Xızı rayon sakini 2002-ci il təvəllüdlü Dərvişzadə Əli Ələsgər oğlu adı çəkilən yaşayış massivində evin damından yıxılaraq ağır xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.