Xızı sakini təmir etdiyi avtomobilin altında qalaraq ölüb

Bakı. 11 yanvar. REPORT.AZ/ Xızı rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

"Report" xəbər verir ki, Xızı rayonunun Giləzi qəsəbəsindəki avtomobil təmiri sexlərindən birində qəsəbə sakini Novruz Novruzov "DAF" markalı avtomobilin təkərini təmir edərkən qaldırıcı qurğu avtomobilin altından çıxıb və avtomobilin N.Novruzovun üstünə düşməsi nəticəsində o, ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37