Xızı sakini qasıq nahiyəsindən bıçaqlanaraq öldürülüb

Xızı. 9 oktyabr. REPORT.AZ/ Xızı rayon sakini qətlə yetirilib.

“Report”un Şimal bürosunun xəbərinə görə, hadisə rayonun Şuraabad qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini 41 yaşlı Səfər Zamanov qasıq nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya aparılan zaman dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37