Xırdalanın bir hissəsində və Masazırda elektrik enerjisinin verilişində fasilə yaranacaq

Bakı. 8 iyun. REPORT.AZ/ Xırdalan şəhərinin bir hissəsində və Masazır qəsəbəsində elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq. 

Bu barədə "Report"a "Azərişıq" ASC-dən məlumat verilib. 

Buna səbəb iyunun 8-dən 9-na keçən gecə saat 01:30-dan 02:00-dək Masazır qəsəbəsində yerləşən Əliağa Vahid yarımstansiyasında təftişin həyata keçirilməsidir. 

"Azərişıq" yaranmış narahatlığa görə abonentlərdən üzr istəyir. 

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14