Bakı. 16 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl və digər ağır cinayətlər törətməkdə təqsirləndirilən Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra iclasda təqsirləndirlən şəxsin vəkili Azər Tanırverdiyev vəsatətlərlə çıxış edib. O, məhkəmənin istintaqla və səs yazma ilə aparılmasını, əlavə şahidlərin dindirilməsini istəyib.
Vəsatətlər təmin ediliməyib.
Məhkəmənin baxış iclası fevralın 23-nə təyin olunub.
Qeyd edək ki, hadisə ötən il Xırdalan şəhəri 28-ci məhəllədə - bazarın yaxınlığında baş verib.
İnsident nəticəsində 1970-ci il təvəllüdlü Nəcəfov Valeh Ərzağa oğlu başından güllələnərək qətlə yetirilib.
Hadisə zamanı digər şəxs - 1985-ci il təvəllüdlü Qəbələ sakini Paşayev Xəyal Oqtay oğlu isə üç odlu silah yarası ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. O, qarın və qol nahiyələrindən yaralanıb. Atışma zamanı 3 güllə yarası almış 32 yaşlı Xəyal Paşayev əməliyyat olunub və onun həyatını xilas etmək mümkün olub.
Daha sonra Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.