Xırdalanda oyun zalından oğurluq olub - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** 19:48

Abşeron rayonunda naməlum şəxs obyektdən 1 ədəd "PlayStation 4" aparatını oğurlayıb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Xırdalan şəhərində baş verib.

Naməlum şəxs müştəri kimi daxil olduğu obyektdən oğurluq edib. Hadisə təhlükəsizlik komerası tərəfindən qeydə alınıb. Təxminən, yaşı 30-35 olan naməlum şəxs əvvəlcə müştəri kimi içəri daxil olaraq qəlyan sifariş edib. Daha sonra o, diqqətdən yayınaraq "PlayStation 4" aparatını oğurlayıb.

Artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Fakatla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37