Xırdalanda ikimərtəbəli ev yanıb

Bakı. 10 sentyabr. REPORT.AZ/ Abşeron rayonunun Xırdalan şəhərində evdə yanğın olub.

FHN-dən "Report"a verilən məlumata görə, ümumi sahəsi 180 m² olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın tavanı, dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə və 1 ədəd divan yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39