Xırdalanda ev yanıb, bir nəfər yanaraq ölüb - YENİLƏNİB

Abşeron. 5 fevral. REPORT.AZ/ Abşeron rayonunun Xırdalan şəhərində fərdi yaşayış evində baş verən yanğın zamanı ev sahibi yanaraq ölüb. 

"Report"un yerli bürosunun məlumatına görə, yanğın zamanı 1973-cü il təvəllüdlü Kuzmov Konstantin Viktoroviçin yanaraq ölüb. Meyiti Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən götürülərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın söndürülüb. 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


*** 08:21

Abşeron. 5 fevral. REPORT.AZ/ Abşeron rayonunun Xırdalan şəhərində fərdi yaşayış evində yanğın baş verib. 

"Report"un yerli bürosunun məlumatına görə, Xırdalan şəhəri ərazisində birmərtəbəli iki otaqlı ev yanıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Şahidlərin verdiyi məlumata görə, yanan evdən əvvəlcə qışqırıq səsi gəlib və bir qədər sonra səs kəsilib. İlkin ehtimallara görə, ev sahibi evdə yanaraq ölüb. 

Əlavə məlumat veriləcək. 

Digər xəbərlər