Abşeron rayon Xırdalan şəhərində DOST Mərkəzində yanğın mərkəzin yalnız bir otağında baş verib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq DOST Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, bu gün saaat 16:30 radələrində Abşeron DOST Mərkəzində baş verən yanğın hadisəsi Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti tərəfindən operativ qaydada söndürülüb.
Bildirilib ki, yanğın mərkəzi əhatə etməyib.
Gülər Seymurqızı
Abşeron rayon Xırdalan şəhərində DOST Mərkəzində yanğın söndürülüb.
"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Abşeron rayon Xırdalan şəhərində DOST Mərkəzində yanğın başlayıb.
Bu barədə "Report"un yerli bürosu xəbər verir.
Əraziyə yanğınsöndürənlər cəlb olunub.