Xırdalanda yanğın baş verib

Bakı. 12 fevral. REPORT.AZ/ Abşeron rayonu, Xırdalan şəhərində vətandaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları yanıb.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27