Xırdalanda 7 yaşlı uşağı maşın vurub

Abşeron rayonunun Xırdalan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə "Köhnə bazar" adlanan yerdə qeydə alınıb.

2012-ci il təvəllüdlü Cavadzadə Nihad Rəşad oğlu evlərinin yanında yoldan keçərkən onu maşın vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37