Abşeron rayonunun Xırdalan şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
"Report" xəbər verir ki, 1964-cü il təvəllüdlü Abışova Şölə İzzət qızını yolu keçərkən maşın vurub.
Yaralı "təcili yardım"ın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona üz nahiyəsinin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub.