Xırdalan şəhərində qətli törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
"Report"un yerli bürosunun əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Ayxan Aslanov və 2006-cı il təvəllüdlü Ceyhun Cəbrayılov saxlanılaraq istintaqa təhvil veriliblər.
Xırdalanda mübahisə zamanı kişi bıçaqlanaraq öldürülüb.
"Report"un yerli bürosu məlumat verir ki, hadisə Yusif Məmmədəliyev küçəsində qeydə alınıb.
İlkin məlumata əsasən, 1995-ci il təvəllüdlü Abdullayev Rasif Rəhman oğlu mübahisə zamanı bıçaqlanıb. O, aldığı ağır xəsarətdən hadisə yerində ölüb.
R.Abdullayevə xəsarət yetirməkdə Ceyhun adlı şəxs şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.