Abşeron. 26 iyul. REPORT.AZ/ Xırdalanda intihar edən gəncin adı məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, "Kristal Abşeron" yaşayış kompleksində 26 yaşlı gənc özünü 8-ci mərtəbədən ataraq ölüb.
Belə ki, rayon sakini 1992-ci il təvəllüdlü Nağıyev Tural Ramin oğlu özünün yaşadığı "Kristal Abşeron" yaşayış kompleksinin 8-ci mərtəbəsindən ataraq intihar edib. O, hadisə yerində dünyasını dəyişib.
***18:23
Abşeron. 26 iyul. REPORT.AZ/ Abşeron rayonunda gənc oğlan intihar edib.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə Xırdalan şəhəri ərazisində baş verib.
Hələlik adı məlum olmayan gənc oğlan özünü yaşadığı binanın 8-ci mərtəbəsindən ataraq ölüb.
Faktla bağlı araşdırma aparılır.