Xırdalanda 12 mərtəbəli yaşayış binasında yanğın olub

Abşeron rayonu, Xırdalan şəhərində ötən axşam yanğın hadisəsi qeydə alınıb.

"Report"-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın 12 mərtəbəli yaşayış binasında baş verib. Nəticədə binanın 1-ci mərtəbəsindən 12-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 36 p.m yanıb. Yanğın zamanı mənzillərdən 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 20:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Sumqayıtda fərdi ev tam yanıb 21 mart, 2026 / 17:18