Xəzərin Azərbaycan sektorunda zəlzələ olub

Bakı. 19 may. REPORT.AZ/ Bu gün səhər saatlarında Xəzərin Azərbaycan sektorunda zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a verilən xəbərə görə, təkanlar yerli vaxtla 10:50-də Xəzər dənizində qeydə alınıb.

Maqnitudası 3,2, dərinliyi 45 km olan zəlzələ hiss olunmayıb.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12