Xəzərin Azərbaycan sektorunda zəlzələ olub

Bakı. 15 dekabr. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda zəlzələ olub. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumatda bildirilir. 

Təkanlar Bakı vaxtı ilə saat 11:25-də Xəzər dənizində qeydə alınıb. Maqnitudası 3,1 olan və 59 km dərinlikdə baş verən zəlzələ hiss edilməyib.

Digər xəbərlər

Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26