Bakı. 5 iyul. REPORT.AZ/ Xəzərin Qaradağ rayonu sahilində 4 yaşlı uşaq batma təhlükəsindən xilas edilib.
"Report" xəbər verir ki, hadisə dənizin Səngəçal qəsəbəsi ərazisində qeydə alınıb.
2013-cü il təvəllüdlü İslamzadə Ayan Ramin qızı valideyn nəzarəti olmadan dənizdə batma təhlükəsi ilə üzləşib. O, atası İslamzadə Ramin tərəfindən sudan çıxarılıb.
Vəziyyəti pisləşən uşaq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Fakt araşdırılır.