Xəzər rayonunda 4 otaqlı ev yanıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Paytaxt Bakıda ev yanıb.

"Report"-un Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 10 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın saat 12:50-də söndürülüb.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54