Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ baş verib

Bakı. 26 yanvar. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ baş verib.

Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Məlumata görə, dünən yerli vaxtla saat 16:56-da Xəzər dənizində zəlzələ qeydə alınıb.

Maqnitudası 3,1, dərinliyi 60 km olan zəlzələ hiss edilməyib.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47