Xəzər dənizində zəlzələ olub

Bakı. 8 noyabr. REPORT.AZ/ Xəzər dənizində zəlzələ olub. Bu barədə “Report”a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Zəlzələ noyabrın 7-də Bakı vaxtı ilə saat 23:55-də qeydə alınıb. 45 kilometr dərinlikdə baş verən zəlzələnin maqnitudası 3,2 olub.

Zəlzələnin təkanları hiss olunmayıb.

Digər xəbərlər

Xankəndidə ev yanıb 17 iyul, 2026 / 09:45