Xəzər dənizinin Astara rayonu ərazisində batan şəxsin meyiti tapılıb.
"Report"un Cənub Mərkəzi xəbər verir ki, boğulan şəxs 2003-cü il təvəllüdlü İsmayılov Sahib Rauf oğludur.
S.İsmayılovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
***18:01
Xəzər dənizinin Astara rayonu ərazisində bir nəfər batıb.
"Report"unCənub Mərkəzi xəbər verir ki, Astara rayonunda dənizdə qeyri-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat daxil olub.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.