Bakı. 21 aprel. REPORT.AZ/ Xəzər dənizində daha bir zəlzələ olub. Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
İlkin məlumatlara əsasən, aprelin 20-də yerli vaxtla saat 19:00-da Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ hiss edilməyib.
Zəlzələnin maqnitudası 3.1, dərinliyi 46 km olub.
Qeyd edək ki, aprelin 19-da 02:46 və aprelin 20-də saat 00:22-də də zəlzələ olub.