Xətaidə piyadanı avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Yolu keçən 1987-ci il təvəllüdlü Bayramov Azər Məzahir oğlunu avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda fərdi ev tam yanıb 21 mart, 2026 / 17:18