Xətaidə iki avtomobilin toqquşması xəsarətlə nəticələnib

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1966-cı il təvəllüdlü Mahmudov Nəriman Tərlan oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər