Xətaidə evdən 4 500 manatlıq qızıl aparıldı

Xətai rayonu ərazisindəki evlərin birindən pul, qızıl-zinət və məişət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində evdən 150 manat, 4 500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən E.Şıxəliyev və qrupun digər üzvləri Bakı şəhər sakinləri A.CəbrayılovM.Şıxəliyev saxlanılıblar. 

Digər xəbərlər

Qubada zəlzələ qeydə alınıb 14 avqust, 2026 / 21:06
Sumqayıtda kafe yanıb 14 avqust, 2026 / 17:48