Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.
Avtomobil yolu keçən 1978-ci il təvəllüdlü İsayeva Nərgiz Vaqif qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 Saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Müayinə zamanı ona qapalı-kəllə beyin travması və baş-beynin əziyi diaqnozları qoyulub. Faktla bağlı araşdırma aparılır.