Xətaidə avtomobil qadın piyadanı vuraraq öldürüb

Bakı. 29 noyabr. REPORT.AZ/ Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, noyabrın 28-də saat 18 radələrində Xətai rayonunun M.Hadi küçəsində Bakı şəhər sakini Elnur Şahbazov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən Neftçala rayon sakini Aybəniz Zeynalovanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Xətai rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47