Xətaidə 60 yaşlı kişini tanımadığı şəxs döydü

Bakıda döyülmə hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Xətai rayonu, Kazımağa Kərimov küçəsində qeydə alınıb.

Belə ki, 1960-cı il təvəllüdlü İsayev Fazil Abbas oğlu tanımadığı şəxs tərəfindən döyülüb.

O, təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona başın çoxsaylı əzikləri və sol yanağının əzilmiş-çırılmış yaraları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov 

Digər xəbərlər