Bakı sakini bıçaq xəsarətləri alıb.
“Report” xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, xəstəxanaya çatdırılan 1985-ci il təvəllüdlü Nəcəfov Elçin Ramiz oğlu həkim nəzarətinə götürülüb.
Müayinə zamanı onun boğaz və qol nahiyəsində iki ədəd kəsilmiş bıçaq yarası aşkar edilib.
N. Elçin özü-özünə bıçaq xəsarəti yetirdiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.
Ramin Şahbazov