Xətaidə 28 yaşlı piyadanı avtomobil vurdu

Bu gecə Bakıda daha bir piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Eminova Göyçək yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması və döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25