Bakı Neft Terminalında güclü yanğın söndürülüb - YENİLƏNİB - 2

Bakı Neft Terminalı ərazisində baş verən yanğın söndürülüb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilən tədbirlər sayəsində paytaxtın Xətai rayonu, Orxan İsmayılov küçəsində baş vermiş yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Xətai rayonu, Bakı Neft Terminalı ərazisində baş verən yanğınla bağlı məlumat yayıb.

Qurumdan "Report"a verilən məlumata görə, avqustun 9-u saat 15:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, Bakı Neft Terminalı ərazisindən çağırış qeydə alınıb.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili yardıma ehtiyac yaranmayıb, müraciət olmayıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Orxan İsmayılov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə "Report"a FHN-dən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

Digər xəbərlər

Xocavənddə traktor minaya düşüb 08 avqust, 2026 / 10:41